Avtomobil kreditində yeni problem - VİDEO
Avtomobili kreditlə alanlar üçün yeni problem yaranib. Əslində bu problemi avtomobil sahiblərinin
özləri yaradırlar. Söhbət kreditdə olan avtomobillərin mülki etibarnamə ilə satışından gedir. Bəzi
şəxslər özlərini guya əlavə xərclərdən qorumaq istəyirlər, amma əksinə, ziyana düşürlər.
Sfera.az Xəzərxəbər-ə istinadən bildirir ki, bank mütəxəssislərinin sözlərinə görə, son vaxtlar bu tip
hallara tez- tez rast gəlinməyə başlayıb. Bəzilər sadəlövlükdən, bəzilər isə həqiqətən əlavə xərclərdən
qaçmaq məqsədi ilə bu üsula əl atırlar. Nəticədə əziyyət çəkən isə elə avtomobilin sənəd üzərində sahibi
olur.
Düzdir qanunvericiliyə görə, bank faktiki avtomobil sahibindən, kredit ödənilmədiyi üçün yalnız avtomobilin
təhvil verilməsini tələb edə bilər. Bu məsələdə borcu ödəmiyən şəxs üçün cinayət məsuliyyəti nəzərdə
tutu.