8 bankın 713 minlik vergi borcu silindi

8 bankın 713 minlik vergi borcu silindi
 
Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə
əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
"Siyahıda 8 bankın adına rast gəlmək mümkündür ki, onlardan cəmi 7-si fəaliyyətini dayandırıb və ya ləğv prosesindədir, 1-i isə fəaliyyətini davam etdirir.
Beləliklə, "Atabank" ASC-nin 46 min 401,7 manat məbləğində qeyd-şərtsiz silinmiş faiz və maliyyə sanksiyası üzrə borcu silinib.
Bundan başqa, ləğv prosesində olan "Atrabank", "DebütBank", "Texnikabank" və "Evrobank"ın müvafiq olaraq 852 manat, 27 min 283,3 manat, 522 min 291,8 manat və 28,8 manat borcunun silinməsi təmin edilib. Həmçinin, fəaliyyətini dayandırmış "Birlikbank", "Bank Standard" və "Yunayted Kredit Bank"ın müvafiq olaraq 91 min 224,3 manat, 16 min 574 manat və 8 min 116,9 manat məbləğində borcu silinib.
 Banklarla yanaşı, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının borclarının silinməsi də təmin edilib. Belə ki, "Finex Kredit" ASC-nin 6 min 70,2 manat, "RHM Finance" MMC-nin 495 manat, "Ağan" MMC-nin 1 min 146,7 manat, ləğvetmə prosesində olan "Birlik Kredit İttifaqı" MMC-nin 1 min 154,3 manat, "Tatyan - Kredit İttifaqı" MMC-nin 4 min 780,7 manat, "İlham Kredit İttifaqı" MMC-nin 12 min 326 manat, "Mikrokredit" MMC-nin 1 min 116,9 manat məbləğində borcu silinib.(APA)


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...