77 nəfəri xaricdə təhsil almaq adı ilə aldatdı - FOTO

77 nəfəri xaricdə təhsil almaq adı ilə aldatdı - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində 77 nəfəri xaricdə təhsil almaq vədi ilə aldadaraq dələduzluq etməkdə təqsirləndirilən "Azərbaycanda Amerika Məktəbi” (American School in Azerbaijan –ASIA) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesdə zərərçəkmişlər ifadə verərək pullarının ödənilməsini tələb ediblər. 

Dövlət Neft Şirkətində işləyən Elçin Hüseynov deyib ki, 2021-ci ilə qədər xaricdə təhsil, dil kursunu keçənlərə daha yüksək maaş veriləcəyi üçün ABŞ-da kursa getmək istəyib: "Mən 1290 dollar verdim, qarşılanma, qidalanma, orada iki həftə qalmaq bu qiymətə daxil idi. Vizanı alandan sonra dedi ki, şənbə günü gedirsiniz. Mən də çamadanımı hazırladım. Beşinci gün AZAL-dan dəqiqləşdirəndə məlum oldu ki, mənim adıma nə bilet var, nə də bron. Zəng elədim, telefona cavab vermədi. Onda bildim ki, məni aldadıb”.

Tural Nəbiyev isə Kanadaya getmək üçün viza alınmasına kömək edəcəyi vədinə görə kredit götürərək Elvinə verib və indi pulunu tələb edir.

E.Məmmədzadə isə zərərçəkmişlərin tələblərinə belə etiraz edib: "Mən bu adamlara görə vizalar üçün təkcə səfirliyə 33 min pul ödəmişəm”.

Otellərdən birində ofisiant işləyən Elşən Alışov deyib ki, sosial şəbəkədə "work and travel” proqramı üzrə elan görüb və müraciət edib: "2990 dollar verdim, müqavilə bağladıq. Müqavilə belə idi ki, 160 dollar viza, 200 dollar da kursun qiyməti idi. Əgər alınmasa, bu məbləğlər çıxılmaqla qaytarılacaq. Müqaviləyə görə, 10 həftə ərzində qaytarılmalıydı. Amma qaytarılmadı”.

E.Məmmədzadə özünü qismən təqsirli bilib.

 




OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var"

Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbayca...

EBRD ilə COP29 üçün maliyyələşmə mexanizmlərinin tətbiqi MÜZAKİRƏ OLUNDU

Azərbaycan İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexa...

Dövlət Xidməti məktəblini təltif etdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib...

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin de...

Azərbaycanda 51 kiloqram narkotik AŞKARLANDI - Həbs olunan var

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər.   Bu barədə Sfera.az-a ...

Prezident ADA Universitetində forumda iştirak edir

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir.   Sfera.az xəbər verir ki...