7500 müəllimin biliyi qiymətləndiriləcək

7500 müəllimin biliyi qiymətləndiriləcək

Dekabrın 2-4-də Göygöldə Şəmkir, Göygöl, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Sfera.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qiymətləndirmədə 7500 nəfərədək müəllim iştirak edəcək. Ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də Göygöldə keçiriləcək imtahanlara cəlb ediləcəklər.

Bərdə rayonunda yerləşən Şuşa ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlarda iştirak edəcəklər.

Hər bir müəllim dq.edu.az saytına daxil olaraq "Şəxsi səhifə" bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsil idarəetmə orqanlarına müraciət etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR