75 yaşlı qadın hovuzda boğularaq ölüb
Hadisə
10:38 / 24.08.2019
1736
Gəncədə ahıl qadın ehtiyatsızlıqdan hovuza düşərək boğulub.
Sfera.az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1944-cü il təvəllüdlü Nafilə Məmmədova yaşadığı evin həyətində ehtiyatsızlıqdan hovuza yıxılıb. Nəticədə o, suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.