73 yaşlı Rəmiş: \"Sosial şəbəkədə qızlarla tanış oluram\"
21:57 / 15.08.2017
1133
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) sosial şəbəkədə özünə profillər açıb.
Sfera.az axşam.az-a istinadən xəbər verir ki, gitara ifaçısı bu haqda "ATV maqazin onlarla” verilişində deyib.
Rəmiş bildirib ki, "Facebook" və İnstaqramda yeni dostlar tapıb: "O qıza yığıram, bu qızla danışıram. Dostluq edirəm, tanış oluram. Biri ilə dost olmuşam, adı Arzudur. Hətta onunla görüşmüşəm də".
İfaçı "Gitaranızı kimə vəsiyyət edəcəksiniz" sualına belə cavab verib: "Gitaramı kiməsə vəsiyyət etməyəcəm. Özümlə aparıb basdıracam. Məndən yüksəkdə olan yoxdur. Ona görə də gitaramı heç kimə rəva bilmirəm".