70 yaşlı \"superata\" 100-cü uşağı planlaşdırır — VİDEO

70 yaşlı \

 

99 uşaq atası Daad Məhəmməd Murad Əbdürrəhman 2018-ci ilə 100-cü uşağını əkməyi planlaşdırır.

Ölkə.Az xəbər verir ki, 70 yaşlı Daadın indiyədək 99 uşağı doğulub. Onun hazırda 96 uşağı var. 3 uşaq xəstəliklərdən dünyasını dəyişib. Onun axırıncı tələf olan uşağı 25 yaşlı Fərid olub. O, qəfildən ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan 70 yaşlı superata 99 uşağı 22 arvaddan dünyaya gətirib. Onun ən böyük uşağının 49 yaşı var, ən kiçik uşağı isə 16 aylıqdır. O, 100-cü uşağı dünyaya gətirməklə bu sahədə rekorda imza atmağı planlaşdırır.

Superata Daadın ailəsi isə çoxmillətlidir. Ərəb arvadlarından başqa onun Hindistan, Pakistan, İran, Banqladeş, Mərakeş və Filippindən arvadları var.

Replika: Ölkə.az kollektivi olaraq 70 yaşlı superataya 100-cü uşağını dünyaya gətirmək istiqamətində müvəffəqiyyətlər arzulayırıq.



OXŞAR XƏBƏRLƏR