7 yaşlı qızı öldürən İsmayıl Cəfərzadənin edamı canlı yayımlandı (FOTOLAR)

7 yaşlı qızı öldürən İsmayıl Cəfərzadənin edamı canlı yayımlandı (FOTOLAR)

7 yaşlı Atina Əslaninin qatili, 42 yaşlı İsmayıl Cəfərzadə Parsabad şəhərində edam edilib. 

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, qatilin edamı ölkənin dövlət televiziyası ilə birbaşa yayımlanıb.

Ötən il Ərdəbilin Parsabad şəhərində zorlandıqdan sonra qətlə yetirilən Atina Əslaninin qatili, "Parsabad şeytanı” ləqəbi ilə tanınan İsmayıl Rəngrəz (Cəfərzadə) sentyabrın 21-də səhər Atinanın valideyinləri və Parsabad sakinlərinin gözü qarşısında edam edilib.

Məlumata görə, İranın Ali Məhkəməsi İsmayll Rəngrəzi Atina Əslanini oğurlamaqda, zorlamaqda və qətlə yetirməkdə günahkar bilərək, ötən ay barəsində edam hökmü verib.

Qeyd ədək ki, məlum hadisə Parsabad və Ərdəbil sakinlərinin hiddətinə səbəb olub. İsmayıl Rəngrəzin günahı sübut edildikdən sonra əyalət sakinləri hökümətdən onun tez bir zamanda edam olunmasını tələb etmişdilər.

Ərdəbil əyalətinin prokuroru Naser Atabati bildirib ki, edamı bu cür ictimai nümayiş etdirməkdə məqsəd vətəndaşların təhlükəsizliyə inamını bərpa etmək olub.

Məlumatda o da vurğulanır ki, bu cinayət İran sakinlərini o qədər şoka salmışdı ki, prezident Həsən Ruhani onu "dəhşətli" adlandırmış və qatili təcili mühakimə etməyə çağırmışdı.

Sfera.az









OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...