Özünü asan 23 yaşlı qızın bacısı danışdı

Özünü asan 23 yaşlı qızın bacısı danışdı

Ötən gün canına qəsd edən 23 yaşlı qızın ölümü bütün ölkəni sarsıtdı.

İctimai televiziyanın aparıcısı Aytac Vahabova bacısının ölümü ilə bağlı status yazıb: "Mənim bacım, nəfəsim, 

yaşama səbəbim, bizi tək qoyub hara getdin. Mən necə sənsiz yaşayım? Dərdimi kimə desəm, başa düşməz?

 Mələk olub getdin göylərə”.

Aytac Vahabova bacısının ölümü ilə bağlı atv.az-a məlumat verib: "Saytlar bacımın ölüm ilə bağlı müxtəlif 

səbəblər yazırlar, hamısı səhv, yalan məlumatlardır. Bacım sadəcə getmək istədi, getdi, səbəbsiz. Heç nə demədi. 

Bütün günü əlaqəmiz olub, mənə yazırdı, gülürdük, danışırdıq. Hər şey yaxşı idi, bir anın içində oldu.

Deyirlər guya maddi problemi olub. Necə maddi problem ola bilər ki, onun. Özünə maşın almaq üçün behini vermişdi,

 3 gün əvvəl universitetin təhsil haqqını ödəmişdi, qiyabi oxuyurdu. Bizim ailəmiz elə ailədir ki, heç vaxt söz-söhbət 

olmur. Hamımız digərimiz üçün canımızı verməyə hazırıq. Sadəcə onun da alın yazısı bu qədər imiş. Həyatında heç 

kim yox idi, yəni sevgilisi, danışdığı. Sadəcə karyera qurmağı düşünürdü”.

Aytac Vahabova deyir ki, bacısı bir müddət "İki sahil” qəzetinin baş mühasibi kimi çalışıb: "Bir neçə ay əvvələ

 qədər orada çalışıb. Sonra xarici şirkətdə işləyirdi. Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə 

cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb. Çox kövrək idi Nigar. Kimsə

 kiminsə xətrinə dəyəndə o qədər həssas idi ki, ağlayırdı. Çox qorxurdu hər zaman davadan, söz-söhbətdən bəlkə

 də bu səbəb oldu. Amma həmişə yanımızda idi, heç kimlə problem olmamışdı.

Dünən bütün günü biz danışmışıq. Son olaraq 2-3 saat ərzində əlaqə itdi. Həmişə telefonu kənara atırdı, sonra gəlib

 görürdü ki, kimsə zəng vurub. Ona görə, əvvəl fikirləşdim yəqin zəngimi görmür. Fikirləşdim ki, yəqin həmin 

müddətdə ingilis dilinə gedirdi deyə onun dərslərin ilə məşğuldu. Sonra xəbər çıxmadıqca narahat olduq, evə gəldik.

 Biz evə gələndə artıq gec idi. Yanında heç kim olmayıb. Hamımız işdə olmuşuq, qardaşım da orta məktəbdə oxuyur 

deyə dərsdə olub. İki bacı, bir qardaş idik.

Heç birimiz onun ölümü ilə bağlı bir şey düşünə bilmirik. İndi sanki onun yenidən diriləcəyinə inanırıq. Elə bilirik

 yenə yanımıza gələcək. Yanımızda olmadığını dərk edə bilmirik deyə, hansı səbəbdən canına qəsd etdiyinin səbəbini

 də düşünə bilmirik”.

Qeyd edək ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nigar Tahir qızı Vahabova yaşadığı evin yataq otağında özünü 

asaraq intihar edib. O, Kooperasiya Universitetinin maliyyə fakültəsinin qiyabi şöbəsinin dördüncü kursunda oxuyurdu.


OXŞAR XƏBƏRLƏR