7 namizəd sənədlərini təqdim edib
20:13 / 06.03.2018
2820
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 7 namizəd qeydə alınması üçün tələb olunan imza vərəqələrini və digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Sfera.az xəbər verir ki, bunu MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, martın 12-si saat 18:00-a qədər namizədlər imza vərəqələrini və digər zəruri MSK-ya təqdim etməlidirlər.
E.Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır.