“7 iyuldan etibarən istədiyimiz qədər uran istehsal edəcəyik” - Həsən Ruhani

“7 iyuldan etibarən istədiyimiz qədər uran istehsal edəcəyik” - Həsən Ruhani
 

İran 7 iyuldan etibarən ​uranın zənginləşdirilməsi səviyyəsini artıracaq.

Sfera.az "Sputnik”ə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Nazirlər Şurasının iclasında danışıb.

O, deyib ki, 7 iyuldan sonra uranın zənginləşdirilməsi səviyyəsi 3.67% faizdən yüksək olacaq:

"Bununla bağlı tərəddüdü bir kənara qoyub istədiyimiz qədər uran istehsal edəcəyik. Yenə təəssüflə qarşılayacaqsız, buyurun qarşılayın”.

Ruhani həmçinin qeyd edir ki, zənginləşdirilmiş uran ehtiyatı ilk dəfə olaraq 300 kiloqramlıq limiti keçib və bu artım davam edəcək.

Qeyd edək ki, Həsən Ruhani nüvə sazişinə sadiq qalan ölkələrə müraciət edərək müqaviləni qorumaq üçün 60 gün vaxt vermişdi. O bildirmişdi ki, sazişin 26-cı və 36-cı maddələrinə əsasən, embarqoların yenidən bərpa edilməsi və ya tərəflərdən birinin öhdəliyi yerinə yetirmədiyi halda İran nüvə anlaşmasındakı öhdəliklərin hamısından və ya bir qismindən çıxa bilər.


OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...