69 nəfər qanunsuz ova görə cəzalandırılıb

69 nəfər qanunsuz ova görə cəzalandırılıb

Bu ilin 9 ayı ərzində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsinin (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) tələblərini pozaraq qeyri-qanuni ovla məşğul olduqlarına görə şəhər, rayon polis orqanları tərəfindən 69 nəfər barəsində inzibati tədbirlər görülüb.
 
Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabr ayının birinci yarısında ov qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Saatlı, Xızı, Biləsuvar, İmişli, Ağcabədi rayonları ərazisində keçirilən tədbirlər nəticəsində müvafiq icazə olmadan ov etdiklərinə, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozduqlarına görə 11 nəfər saxlanılıb, onlardan 5-i qeydiyyatsız olmaqla 11 ədəd müxtəlif markalı ov silahı və qeyri-qanuni ovlanmış çöl quşları aşkar edilərək götürülüb.
 
Bildirək ki, ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb ediliblər.
 
Qeyd edək ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...