68 yaşlı Hollivud ulduzu 35 yaşlı qadınla evləndi
22:50 / 18.05.2018
4166
68 yaşlı Riçard Gir 35 yaşlı sevgilisi Aleksandra Silva ilə aprelin əvvəlində rəsmi nikaha girib.
Dini mərasim buddizm qaydalarına əsasən baş tutub.
İspan jurnalı "HOLA " yeni evlənənlərdən çəkiliş üçün eksklüziv icazə alıb. Onların toy şəkilləri jurnalın üz qabığında çıxıb.
Hollivud ulduzunun 3-cü həyat yoldaşı olan Aleksandra jurnalistlərə Riçardla həyatı haqqında danışıb:
"Mən sevgidən uçuram... Hər səhər o, məndən soruşur: "Bu gün səni necə xoşbəxt edə bilərəm? Səni necə sevindirim?" Sevdiyin kişinin hər gün sənin qayğına qalmasından daha romantik nə ola bilər".