608 amerikalı hərbçinin ölümündə İran günahkardır – ŞOK İDDİA
11:22 / 03.04.2019
4491
ABŞ İraq müharibəsinin gedişatında 608 amerikalı hərbçinin həlak olmasında İranı ittiham edir.
"Röyters” agentliyi xəbər verir ki, bu haqda İran üzrə ABŞ-ın xüsusi nümayəndəsi Brayan Huk bildirib.
"Mən bu gün məxfilikdən çıxarılmış kəşfiyyat məlumatlarına əsaslanaraq elan edə bilərəm ki, İran İraqda 608 amerikalı hərbçinin həlak olmasına görə məsuliyyət daşıyır”, - Huk deyib.
Onun sözlərinə görə, bu, 2003-2011-ci illərdə ABŞ-ın bütün döyüş itkisinin 17 faizidir.
Huk əlavə edib ki, İran İraqı öz nəzarəti altında saxlamağa çalışır./publika.az