6 təhsil şöbəsinin rəhbəri korrupsiyaya görə işdən çıxarılıb – NAZİR AÇIQLADI

6 təhsil şöbəsinin rəhbəri korrupsiyaya görə işdən çıxarılıb – NAZİR AÇIQLADI

"Ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib”.

Sfera.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, bu istiqamətdə vətəndaş müraciətlərinə ciddi reaksiya verilir. Görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisələrində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq- mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib. Eyni zamanda, ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb.

Nazir əlavə edib ki, müqavilələrinin müddəti sona çatan 80 məktəb rəhbəri barədə davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəb idarəetməsində bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib.

"Bu istiqamətdə hələ də pozuntu halları ilə rastlaşırıq. 2020-ci ildə də belə hallar olarsa, yenə də Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək”,-nazir qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...