54 yaşlı Monika Belluççinin — YENİ GÖRÜNÜŞÜ-FOTO
12:29 / 24.09.2019
1136
Məşhur aktrisa Monika Belluççi imicini dəyişib.
Sfera.az "ölkə.az”-a istinadla xəbər verir ki, Belluççi yeni görünüşü ilə heyran edib.
Aktrisanın ilk qərarı uzun saçlarını qısa saç düzümü ilə əvəz etmək olub.
Bu yaxınlarda o, Milanda keçirilmiş "Dolce & Gabbana" gecəsində iştirak edib.
Monikanın transparan geyimi isə ona xüsusi gözəllik verib. O, geyindiyi kostyumu şəffaf qara bluzu ilə tamamlayıb.
Aktrisanın yeni imici pərəstişkarları tərəfindən çox bəyənilib. Onlar Belluçinin 10 yaş gəncləşdiyini vurğulayıb.