54 kəsilmiş insan əlinin sirri ortaya çıxdı

54 kəsilmiş insan əlinin sirri ortaya çıxdı
Bir müddət öncə rusiyalı balıqçılar Sibirdə, Rusiya-Çin sərhəddinin yaxınlığında yerləşən Amur River adasında içində kəsilmiş insan əlləri olan çanta tapıblar.

 

Sfera.az bildirir ki, Xabarovsk polisinin apardığı araşdırmalar zamanı əllərin 27 insana aid olduğu məlum olub.


 

Araşdırma komitəsi tapılan əllərin haradan gəlməsi ilə bağlı iddia irəli sürüb. Lakin bu iddia həqiqəti tam olaraq əks etdirmir. Belə ki, iddiaya görə 54 əl hansısa ədliyyə laboratoriyası və ya xəstəxanasından götürülmüş və yanlışlıqla bu adaya düşmüş ola bilər. Çantadan həmçinin bir neçə bint və qaloş da çıxıb.


 

Qeyd edək ki, Rusiyada bəzən naməlum bir şəxs dünyasını dəyişdikdə, sonradan onun kimliyini müəyyənləşdirmək üçün barmaq izlərini qoruyub saxlamaq məqsədilə əlini kəsirlər. Digər bir tərəfdən isə bunun üçün bir əlin kəsilməsi yetərli olduğu halda, çantadan 27 nəfərin hər iki əli çıxıb.


 

Həmçinin barmaq izlərini araşdıran polis məlumat bazasında heç bir qeydə rast gəlinmədiyini açıqlayıb.


 

Hazırda araşdırma komitəsi əllərin hansı xəstəxana və laboratoriyaya aid olduğunu və kim tərəfindən atıldığını tapmağa çalışır. Bildirilir ki, əllərin adaya atılması cinayət xarakteri daşımır, lakin bioloji cəhətdən məhv edilməli idilər.(Qaynarinfo)

 


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...