53 yaşlı kişi başından güllələnərək öldürülübmüş
Kriminal
11:38 / 31.07.2021
1787
Kürdəmir rayon prokurorluğu ötən gün baş vermiş qətllə bağlı məlumat yayıb.
Sfera.az xəbər verir ki, iyulun 30-u saat 15 radələrində Kürdəmir rayon, Dayıkazımlı kənd sakini 1968-ci il təvəllüdlü Bəhmən Hümbətovun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1987-ci il təvəllüdlü Vurğun Mehtiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhmən Hümbətovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Vurğun Mehtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.