51 yaşlı əməkdar artist ərə gedəcək
11:27 / 22.01.2019
2169
Əməkdar artist Mehriban Xanlarova "Şou ATV” proqramında maraqlı açıqlama verib.
"Qafqazinfo” xəbər verir ki, bu günədək ailə qurmayan, övladı olmayan aktrisa 1 il müddətində şəxsi həyatında dəyişiklik edəcəyini qeyd edib.
M. Xanlarova bildirib ki, onu sevən şəxslərdən birinə "hə” deyərək ailə quracaq: "Allahın köməkliyi ilə ailə quracam, 1 il müddətində övlad sahibi olacam. Söz verirəm”.
Qeyd edək ki, M. Xanlarovanın 51 yaşı var.