Təhsİl

5000-dən çox müəllim 1000 manatdan yuxarı maaş alır` - NAZİR

5000-dən çox müəllim 1000 manatdan yuxarı maaş alır` - NAZİR
 

"Son artımdan sonra 5000-dən çox müəllimin əməkhaqqı1000 manatdan yuxarı olub".

 

Bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

 

O xatırladıb ki, ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədə keçib: "Onların dərs yükü norması 1,5 dəfə, əmək haqqları 2 dəfə artırılıb. Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əmək haqqı 600 manatı keçib. Eyni zamanda ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra maaşı 1000 manatdan çox təşkil edir".

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930