500 milyon ton neft ehtiyatımız var - Xoşbəxt Yusifzadə
12:12 / 15.09.2017
860
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq” və "Günəşli” yataqlar blokunun (AÇG) ehtiyatlarının artması ehtimalı var.
Sfera.az xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var. İndiyədək AÇG-dən 436 milyon ton neft hasil edilib və blokun çıxarılmamış ehtiyatları 500 milyon ton həcmində qiymətləndirilir. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var.
Sfera.az