Maraqlı

50 ilin maşınına 10 ildə 50 min xərclədi - FOTO

50 ilin maşınına 10 ildə 50 min xərclədi - FOTO

Türkiyənin Sivas vilayətində yaşayan Cihan Çiftçi adlı şəxs atasının 10 il əvvəl aldığı 1969-cu il istehsalı olan maşına 10 ildə 50 min lirə xərcləyib (16 min manata yaxın).

 

Sfera.az ölkə.az-a istinadən bildirir ki, 25 yaşlı Cihan əldə etdiyi orijinal ehtiyat hissələri ilə avtomobili zavod istehsalı vəziyyətinə gətirib. Çiftçi 10 ildən sonra atasının arzusunu yerinə yetirib. Avtomobili qarajda saxlayan Çiftçi ailəsi qış aylarında onu küçəyə çıxarmırlar. Bundan başqa yağışlı və küləkli havalarda da maşını idarə etmirlər.

 

"Köhnə maşınlara marağım atamdan gəlir. Atam 10 il əvvəl bu maşını almışdı. Sonra isə maşını sıfırdan yığmaq qərarına gəldik. Ehtiyat hissələrini 10 ilə yığdıq. Atamdan başqa babamın da bizə bu işdə dəstəyi oldu", - Cihan bildirib.

 

Maşını sürmək istəyən çox olsa da, Cihan özü və atasından başqa heç kəsin sükan arxasına keçmədiyini bildirib. Hazırda avtomobili almaq istəyənlərin sayı da çoxdur. Amma Çiftçi ailəsi maşını satmaq barədə düşünmür.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031