50 dollarla şirkət qurdu! İndi dünyada 5 min mağazası var - FOTOLAR

50 dollarla şirkət qurdu! İndi dünyada 5 min mağazası var - FOTOLAR
O, dünyanın ən inadkar biznesmenlərindən biridir. Söhbət dünyaca məşhur "Nike” şirkətinin sahibi Fil Naytdan gedir.
 
Hələ kiçik yaşlarından biznesin sirlərini öyrənən Fil Nayt atasından borca 50 dollar alaraq Yaponiyaya getmək qərarına gəlir. O, 1962-ci ildə Yaponiyaya səfər edir. Burada dünyanın ən yaxşı ayaqqabı istehsalçıları ilə tanış olan gənc biznesmen "Onitsuka” şirkətinin rəsmi distributoru olur. Lakin Amerikada işlərin çətinliyindən şirkətin 49 faiz rəsmi distributorluğunu ABŞ məşhur məşqiçilərindən birinə satır. Əvəzində isə həmin tərəfdaşına idman ayaqqabıları satmağa başlayır. Tezliklə böhran biznesmeni müflis etsə də, o Yaponiyaya gedərək işlərini qaydasına sala bilir. 1971-ci ildə Fil Nayt öz şirkətini qurmaq qərarına gəlir. "Nike” adlı bu şirkət qısa zamanda bütün Amerikada tanınır.
 
"Nike” strategiyası yalnız idmançılar üçün deyil, həm də gündəlik həyat üçün üstünlük verə bilən ayaqqabı yaratmaq idi. Tezliklə böyük kapitala sahib olan Fil Nayt dünyanın müxəlif ölkələrində mağazalarını açmağa başlayır.
 
Bu gün 31 milyard dollar kapitala sahib olan Fil Naytın dünyanın müxtəlif ərazilərində 5000 çox mağazası var. 80 yaşlı biznesmen bu gündə 50 dollarla qurduğu bu biznesi idarə edir.
 
Seymur
Sfera.az

OXŞAR XƏBƏRLƏR