5 rayonun qaytarılmasına bir neçə saat sonra qərar veriləcək - İDDİA

5 rayonun qaytarılmasına bir neçə saat sonra qərar veriləcək - İDDİA
Regionda Azərbaycan-Rusiya-İran və Azərbaycan-Rusiya-Türkiyə yaxınlaşması ilə Azərbaycan-Türkiyə-Rusiya-İran birliyi yaranır. 
 
Publika.az xəbər verir ki, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin bunu "Avrasiya qövsü” kimi qiymətləndirir. 

Ən maraqlısı odur ki, Duqin bu qövsə Ermənistanı da əlavə edir. Ermənistanın bu qövsə daxil olması isə heç şübhə yox ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. 

Duqin bu məsələni istisna etmir və bildirir ki, ilkin olaraq Qarabağ ətrafında 5 rayon Azərbaycana qaytarılacaq.

Duqinin bu fikirləri fonunda bu gün Moskvada Putin-Sarkisyan görüşü gündəmə gəlir. Gözləntilərə görə, Putin Moskvada Sarkisyanı münaqişənin həllinə razı salacaq. 

Rusiyanın irəli sürdüyü formul belədir: İşğal olunmuş Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan beşi ilkin mərhələ olaraq Azərbaycana qaytarılır. Qarabağa aralıq status verilir. Daha sonra iki rayonun qaytarılması məsələsinə baxılır. Qaçqın və məcburi köçkünlərin qayıdışı təmin olunur. Son nəticədə Dağlıq Qarabağın yekun statusu həll edilir.

Ermənistan mediası da bu gün keçiriləcək Sarkisyan-Putin görüşünü ərazilərin qaytarılmasına startın verilməsi kimi qiymətləndirir.

"Lragir” saytı yazır ki, Qarabağ ətrafındakı beş rayon ilkin olaraq qaytarılacaq.  

"Rusiya "Avrasiya qövsü”ndə Azərbaycanı körpü olaraq seçib. İki gün öncə Bakıda üçtərəfli görüş keçirildi. Dünən isə Putin Ərdoğanla görüşdü. Onun üç prezidentlə nələri razılaşdırdığı məlum deyil. Lakin bu gün Sarkisyanla görüşdə beş rayonun qaytarılması məsələsini həll etməyə çalışacağı istisna deyil”.

Qeyd edək ki, Putin-Sarkisyan görüşünün günün ikinci yarısı, yaxud axşam saatlarında baş tutacağı gözlənilir.
 


OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...