"5 rayon qaytarılır" - erməni politoloq

"Məndə dəqiq informasiya var ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin sonuncu dəfə üçtərəfli görüşündə "Lavrov planı” müzakirə olunub”.

Sfera.az xəbər verir ki, erməni politoloq Tatul Akopyan Rusiya mediasına açıqlama verib. Onun sözlərinə görə, danışıqların gedişatında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının Azərbaycana qaytarılması nəzərdə tutulur: "Dağlıq Qarabağa daha yüksək səviyyəli status verilir. Bunun qarşılığında Ermənistan Dağlıq Qarabağdan öz qoşunlarını çıxaracaq”.

Erməni ekspert əlavə edib ki, Azərbaycanda son vaxtlar müharibə çağırışlarının azalması da Qarabağla bağlı mühüm danışıqların aparıldığını deməyə əsas verir.

Görünür, Moskva Bakıya ərazilərin qaytarılması ilə bağlı vəd verir”, - deyə o bildirib.
 
Publika.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR