"5 mindən çox insan əsir və girov götürülüb" - Hərbi Prokurorluq

 

"Ermənistanın insanlıq əleyhinə cinayətləri nəticəsində 10 minə yaxın soydaşımız öldürülüb, 20 mindən artıq şəxs yaralanıb, 5 mindən çox insan əsir və girov götürülüb”.

APA-nın məlumatına görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib.

E. Tağıyev deyib ki, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində insanlıq əleyhinə törədilmiş cinayətlər üzrə 305 şəxsin Cinayət Məcəlləsinin soyqırımı, deportasiya və digər maddələrlə nəzərdə tutulan cinayətləri sübuta yetirilib, cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilib: "Həmin şəxslərdən Arsen Baqdasaryan, Karen Dasaryan isə Qazaxda cinayət məsuliyyətinə cəlb edilib. Hazırda Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində müharibə cinayətlərinin araşdırılması, zərər dəymiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, həmin cinayətlərdə iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir”.

Qeyd olunub ki, həmin cinayət işlərinin istintaqı zamanı 39 nəfər Xocalı soyqırımı üzrə, 12 nəfər Qaradağlı, 47 nəfər Kərkicahanda törədilən əməllərə, 35 nəfər əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncələrə görə, ümumilikdə isə 305 şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin deportasiya, işgəncə, soyqırımı, müharibə qanunlarını pozmaq və digər maddələrdə nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, onların məsuliyyətə cəlb olunmasının təmin edilməsi üçün sənədlər müvafiq təşkilatlara göndərilib.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...