İTV-dən qaydaları pozan verilişlə bağlı - Açıqlama + Video

İTV-dən qaydaları pozan verilişlə bağlı -  Açıqlama + Video

İTV-də yayımlanan “Evakuator” verilişinin layihə rəhbəri Coşqun Vəliyev “Azərbaycan” qəzetinin 

son sayında proqramla bağlı yazılan tənqidi məqaləyə münasibət bildirib.

Layihə rəhbəri “Qafqazinfo”ya açıqlamasında deyib ki, çəkiliş zamanı təhlükəsizlik qaydalarına riayət olunur:

“Yazını oxudum. Orada bəzi şeylər qeyd olunub. Xüsusilə, ayaqüstdə duranları tənqid ediblər, qaydaları pozduqlarını 

bildiriblər. “Evakuator” verilişinin çəkilişi zamanı həmin an aşağı sürətdə hərəkətdə olunur. Biz hər zaman təhlükəsizlik

 qaydalarını nəzərə alırıq, bundan sonra da nəzərə alarıq. Bu kimi problemləri növbəti çəkilişlərdə aradan qaldıracağıq”.

Qeyd edək ki, “Azərbaycan” qəzetinin hazırladığı materialda “Evakuator” verilişinin başdan ayağa kimi qanun pozuntuları, 

yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunduğu əks olunub.

"Qafqazinfo" bu məqamda həmin proqramdan bəzi görüntüləri təqdim edir:


OXŞAR XƏBƏRLƏR