5 günə 4 məhbus öldü

5 günə 4 məhbus öldü
 
Azərbaycanda son beş gün ərzində 4 məhkum vəfat edib.
 
Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkumlar - 1949-cu il təvəllüdlü Saraxanım Babayeva, 1976-cı il təvəllüdlü Nurlan Həmidov, 1970-ci il təvəllüdlü Sədaqət Musayeva və 1962-ci il təvəllüdlü Marayev Yevgeni dünyasını dəyişiblər.
 
Qeyd edək ki, dünyasını dəyişən məhkumlardan S. Babayeva tanınmış falçıdır. O özünü "ilahi qüvvəyə malik falçı” kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib, onları aldadıb. Törətdiyi cinayət əməlinə görə S.Babayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. 
 


OXŞAR XƏBƏRLƏR