Maraqlı

5 funta aldı, 735 min funta satdı - FOTO

5 funta aldı, 735 min funta satdı - FOTO
Şotlandiyada qədim əşyalar toplayan şəxs 5 funt sterlinqə (11 AZN) aldığı şahmat daşını 735 min funt sterlinqə (160 min AZN) satıb.
Yeniavaz.com xəbər verir ki, Londonda yerləşən məşhur "Sotheby's” hərrac evində satışa çıxarılan şahmat fiqurunun bu qiymətə satılmasının səbəbi Şotlandiyanın Lyuis adasında ixtira olunmuş 78 fiqurlu "Lyuis şahmatı”nın tapılmayan 5 daşından biri olmasıdır. "Sotheby's” hərrac evindən 900 illik tarixi olan fiqurun qarşıda təşkil olunacaq hərracda 1 milyon funt strelinqə satılacağı bildirilib.
Qeyd edək ki, "Lyuis şahmatı” Şotlandiyanın Lyuis adasında ixtira olunmuş 78 fiqurlu (8 şah, 8 vəzir, 16 fil, 15 at, 12 top, 19 piyada) şahmat növüdür. "Lyuis şahmatı” həm də qədim Roma incəsənətinin nadir nümunələrindəndir. Şahmatın günümüzə gəlib çatan 72 fiqurlu versiyası Britaniya muzeyində saxlanılır. Bu şahmatdan "Harri Potter” və "Fəlsəfə Daşı” filmində də istifadə olunmuşdur.
 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930