48 nəfər soyuqdan dünyasını dəyişdi – SİBİR SOYUĞU GƏLİR

48 nəfər soyuqdan dünyasını dəyişdi – SİBİR SOYUĞU GƏLİR
Avropanı bürüyən Sibir soyuğu 48 nəfərin dünyasını dəyişməsi ilə nəticələnib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gecə hava temperaturu -20 dərəcəyədək düşüb. Hava şəraitinin kəskin dəyişməsi Belçika və İsveçrəyə ilin ən soyuq qış gecəsini yaşadıb.

Polşada 18, Çexiyada 6, Latviyada 5, Slovakiya və Fransada 4 nəfər, italiya, Serbiya, Rumıniya, Sloveniyada isə 2 nəfər dünyasını dəyişib. Dünyasını dəyişənlər arasında bomjlar çoxluq təşkil edir.
 
Qarın yağması temperaturun daha da aşağı düşməsinə səbəb olub. Təkcə Xorvatiyada yağan qarın qalınlığı 182 santimetrə çatıb. 


Sfera.az
 
 





OXŞAR XƏBƏRLƏR