441 futbolçu təzminat üçün FİFA-ya müraciət edib

441 futbolçu təzminat üçün FİFA-ya müraciət edib
 

441 futbolçu maddi təzminat üçün FİFA-ya müraciət edib.

Sfera.az xəbər verir ki, onlar ali futbol qurumundan maaşlarının ödənilməsini tələb edib.

Həmin oyunçuların klubları koronavirus pandemiyası səbəbindən borcu ödəyə bilməyənlər, iflas uğrayanlardır. FİFA-ya müraciət edən futbolçuların 81 faizi Avropa klublarında çıxış edir. Qurum Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) tərəfindən müraciətləri qəbul edir.

Klubları müflisləşdiyi üçün maaşlarını ala bilməyən futbolçularla bağlı fond yaradılacaq. Həmin fond iyulun 1-dən fəaliyyətə başlayacaq.


OXŞAR XƏBƏRLƏR