42 ildən sonra günahsız olduqları üzə çıxdı –Dayı və bacıoğlu milyonlarla dollar kompensasiya alacaq

42 ildən sonra günahsız olduqları üzə çıxdı –Dayı və bacıoğlu milyonlarla dollar kompensasiya alacaq
İki floridalı – dayı və bacıoğlu qətlə görə məhkum edilərək 42 il həbsxana cəzası çəkdikdən sonra günahsız olduqları aşkar edilib. Onlar prokurorun ricası ilə məhkəmə zalından sərbəst buraxılıblar.

76 yaşlı Klifford Ulyams və 61 yaşlı Hubert Myers martın 28-də bəraət barədə hökmü ağlayaraq dinləyiblər. Florida ştatının prokuroru Melissa Nelson deyib ki, səhvi düzəltmək imkanı olanda, bunu etmək lazımdır.

Myers 1976-cı ildə dayısı ilə birlikdə Jeanette Uliyamsı güllə ilə vurub öldürməkdə və onun rəfiqəsi Nina Marşallın qətlinə cəhddə ittiham olunanda 18 yaşı vardı. Məhkəmədə onların əleyhinə ifadəni də sağ qalan Marşall vermişdi.

Myers azad edildikdən sonra deyib ki, ilk öncə yaxınlarını görmək istəyir, çünki qalan hər şey ikinci dərəcəlidir:

"Mən həbsxanaya gələndə uşaq idim. Burada özbaşıma böyüdüm. Mən adam olmağın nə demək olduğunu bilirəm. İndi buradan çıxıb sadəcə olaraq adam olmaq istəyirəm”.

Onlar birinci məhkəmədə ömürlük həbs cəzasına məhkum edilmişdilər. İkinci məhkəmə bu qətlin motivinin narkotiklər üçün 50 dollar borc olduğu barədə hökm çıxarmışdı. O vaxt vəkillər heç bir şahid təqdim edə bilməmişdilər. Onlar sadəcə olaraq şahid Marşallın ifadəsindəki uyğunsuzluqları üzə çıxarmağa çalışırdılar.

Prokurorluğun verdiyi hesabatda deyilir ki, fiziki və elmi dəlillər şahid ifadəsi ilə üst-üstə düşmürdü. Hesabatda bu da qeyd olunur ki, bu qətli törətdiyini başqa bir adam etiraf etmişdi. O 1994-cü ildə vəfat edib.

Bu da bəlli olmuşdu ki, ilkin cinayət işi sənədlərində mühüm bir dəlil nəzərdən qaçırılıb. Ballistik ekspertiza güllənin üçüncü bir şəxs tərəfindən atıla biləcəyini göstərirdi.

Lavson adlı həmin şəxs bir neçə nəfərə demişdi ki, qadını o öldürüb. O hətta günahsız Uliamsın ailəsinə pul da göndərmək istəmişdi. O deyirdi: "Mən nə edə bilərəm? Özümü polisə təslim edə bilmərəm, axı…”.

Florida qanunlarına görə günahsız cəza çəkmiş insanlara ildə 50 min dollar təzminat verilir. Bu təzminat həmin şəxsin başqa məhkumluğu yoxdursa, 2 milyon dollara da çata bilər.

Ümumiyyətlə isə 2019-cu ilin 3 ayı ərzində ABŞ-da 33 nəfərin məhkumluğuna xitam verilib. Ötən il belələrinin sayı 93 olub. Onlardan 23-nə bəraət verilməsi müasir DNT texnologiyası ilə mümkün olub. (azadliq.org)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...