Türk konsulluğunda biabırçı GÖRÜNTÜ
01:27 / 10.02.2016
660
PKK terror təşkilatının tərəfdarları Fransanın Bordo şəhərindəki türk konsulluğuna hücum ediblər.
Publika.az “Haberler.com” saytına istinadən xəbər verir ki, PKK tərəfdarları konsulluğun qarşısındakı türk bayrağını endirib və yerində təşkilatın simvolları olan rənglərin yer aldığı bir parçanı asıblar.
Konsulluq əməkdaşlarının verdiyi məlumata görə, təxminən 60 nəfərlik PKK qrupu Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis qrupu çətinliklə ərazidən uzaqlaşdırıb.
Türkiyənin Parisdəki səfirliyi Fransa hökumətindən hadisənin iştirakçılarının dərhal cəzalandırılmasını tələb edib.