40 yaşlı kişi xəsisliyinin qurbanı oldu: Ailəsinin gözü qarşısında... - FOTO

40 yaşlı kişi xəsisliyinin qurbanı oldu: Ailəsinin gözü qarşısında... -  FOTO
20 dollarlıq giriş bileti almamaq üçün arxa tərəfdən heyvanxananın hasarına dırmaşan turisti pələng arvadının və uşaqlarının gözü qarşısında parçalayıb.

Sfera.az xəbər verir ki, Çinin Zhejiang vilayətindəki "Youngor Zoo" heyvanxanasına ailəsi və dostları ilə birlikdə gedən Zhang adlı 40 yaşlı kişi xəsisliyinin qurbanı olub.

Çinin sosial şəbəkəsinə yüklənən video qısa müddət sonra silinib. Videoda pələngin kişini qəfəsi boyunca sürüyüb öldürməsi əks olunub.

Pələng onu boynundan dişləyərək pəncəsi altına salıb, sonra da parçalayıb.

Heyvanxana işçiləri yarımcan Zhanqı pələngin pəncəsindən xilas etsələr də, o, xəstəxanada keçinib.

Heyvanxananın işçiləri bildirib ki, Zhanq zooparka giriş haqqını ödəməmək üçün arxa tərəfdən qəfəsə dırmaşdığına görə pələng onu parçalayıb.

Qeyd edək ki, Zhanqın xilas edilməsi zamanı qəfəsdəki pələnglərdən biri öldürülüb.(Milli.Az)
 



 
 


OXŞAR XƏBƏRLƏR