Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayır

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayır

Təhsil Nazirliyinin “Elmdən Təhsilə” layihəsi çərçivəsində tələbələr üçün “Novruz mühazirələri”nə başlanılması nəzərdə tutulur.

"Qafqazinfo"ya daxil olan məlumata görə, mühazirələr tanınmış elm adamları, millət vəkilləri, təhsil ekspertləri tərəfindən təhsildə qlobal trendlər, nanotexnologiyalar, tarix, iqtisadiyyat, təhsilin idarəolunması, təhsildə rəqabətəqabiliyyətlilik, multikulturalizm, ali təhsildə beynəlmiləlləşmə və digər populyar elmi mövzular üzrə ölkənin müxtəlif elm və təhsil müəssisələrində aparılacaq.

“Novruz mühazirələri”nin məqsədi nüfuzlu elm adamlarının vasitəsilə elmi mövzuların ali məktəb tələbələrinə, ictimaiyyətin digər nümayəndələrinə daha sadə formada çatdırılması, gənclərin elmə, elmi-tədqiqatlara marağının artırılmasından, hərtərəfli dünyagörüşünün formalaşdırılmasından ibarətdir.

Qeyd edək ki, müvafiq mühazirələr “Milad mühazirələri” (Christmas lectures) adı ilə Böyük Britaniyada məşhurdur. Əsası 1825-ci ildə M. Faradey tərəfindən qoyulan bu mühazirələri Böyük Britaniyanın Kral İnstitutu dəstəkləyir və Rİ televiziyası şəbəkəsi tərəfindən yayımlanır.

Azərbaycanda da Azad Mirzəcanzadə, Rafiq Əliyevin, Mirəli Seyidov, Yusif Yusifov, Bəxtiyar Vahabzadə, Mahmud İsmayılov, Lətif Kərimov və başqa tanınmış alimlərin mühazirələrinin dinlənilməsi ənənəsi olmuşdur.


OXŞAR XƏBƏRLƏR

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

İsrail rəsmi olaraq İrana zərbənin məsuliyyətini üzərinə götürməyəcək.   Sfera.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onlar bu takt...

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...