40 bıçaq zərbəsi ilə öldürülən \"Emin 444\" - FOTOLARI

40 bıçaq zərbəsi ilə öldürülən \
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda dava zamanı avtomobilində qətlə yetirilən  Səfərov Emin Ehtiram oğlu ("Emin 444") krminal aləmin üzvü olub.

Sfera.az Unikal.org-a istinadənxəbər verir ki,  qətlə yetirilən Səfərov Emin Ehtiram oğlu ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, "BMW X5" markalı 99 XE 444 nömrəli avtomobili Emin Səfərov öz adında olub. 

O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunub.

Qətlə yetirilən Emin Səfərov "Qəbələ" idman klubunun və Azərbaycan MMA Federasiyasının üzvü olmuş "Ziko" ləqəbi ilə tanınan Ziyadxan Sədiyevin yaxın dostu olub. 


Xatırladaq ki, "Ziko" ləqəbli idmançı 2017-ci ildə Binəqədidə yerləşən "Marafon" idman zalında dostlarıyla birlikdə hücum edərək dava salmışdı. Bu davaya MMA üzrə Dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyevin özü arasında mübahisə səbəb olmuşdu. Bundan sonra "Ziko" dostlarıyla birlikdə həbs olunmuşdu.
 


OXŞAR XƏBƏRLƏR

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...