4 yaşlı uşaq atasını öldürdü
12:42 / 13.12.2018
2030
Türkiyədə ehtiyatsızlıq ölümlə nəticələnib.
Sfera.az xəbər verir ki, Adanada 4 yaşlı uşaq atasının xidməti tapançası ilə oynarkən atəş açılıb. Açılan atəş nəticəsində atası çavuş Zeynal Kurmuş öldü, ehtiyatda olan zabit Sergən Taş və Kərim Kan isə ağır yaralandı. Hadisə Zeynal Kurmuşun evində baş verib.Araşdırma aparılır.