Sağlıq

4 gündə beyni sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan QİDALAR - FOTO

4 gündə beyni sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan QİDALAR - FOTO
Gün ərzində qəbul edilən bəzi qidalar beynin sağlamlığına mənfi təsir göstərir. Xüsusilə, beyinə gedən sinir hüceyrələrinin deformasiyasına səbəb olur. Hər bir insanın beynin sağlamlığına mənfi təsir edən bu qidaları tanıması vacibdir.

Sfera.az xəbər verir ki, sözgedən qidaların 4 gündə yeyilməsi belə onların oqranizmə mənfi təsir etməsinə kifayətdir.

ABŞ-da aparılan bir araşdırmada sınaq iştirakçılarına 4 gün boyunca səhər yeməyində şəkər və kəskin yağlı yeməklər verilib. Daha sonra həmin insanların beyin dalğaları və hərəkətləri müşahidə edilib. Nəticədə məlum olub ki, həmin insanlarda düşünmə və xatırlama funskiyaları getdikcə zəifləyib.

Buna bənzər digər bir araşdırma isə İngiltərədə aparılıb. Burada sınaq iştirakçılarının diqqət və hafizəsi ilə bərabər psixi vəziyyətlərinin də zərər gördüyü ortaya çıxıb. Eyni zamanda, mütəxəssislər artıq çəki və həddən artıq arıq olmağın da beyinə mənfi təsir etdiyini ortaya çıxarıblar. İdeal çəkiyə sahib olmayan insanlarda beyin tamamilə aclıq və ya toxluq hiss edir. Bu da mədəyə gedən sinir hüceyrələrini yanıldır. Beləliklə, ürək infarktı, iflic, diabet, oynaq və mədə-bağırsaq xəstəlikləri ortaya çıxır.

Beyinə 4 gündə zərər verə bilən qidalar

- Günəbaxan yağı istiliklə təmasda olarkən toksiki maddələr istehsal edir ki, bunlar da xolestrola mənfi təsir göstərir. Bu maddələr ürəyə zərər verdiyindən bədəndə qan dövranının normal axınını əngəlləyir. Balanssız qan dövranı sinirlərin sağlam şəkildə beyinə çatmasına mane olur. Beləliklə, beyində sağlam hüceyrələrin sayı azalır.

REKLAM

Daha ətraflı

- Xəmir yeməkləri və şirniyyatların tərkibində yüksək miqdarda karbohidrat olur. Bu da bədəndə artıq yağların yığılmasına səbəb olur. Beyində bəzi neyronlar deformasiyaya uğrayır. Beyindəki neyronlar azaldıqca unutqanlıq kimi narahatlıqlar ortaya çıxır.

- Yarımfabrikat ət məhsulları sinir sisteminə zərər verir. İrəliləyən yaşlarda Alzaymer kimi xəstəliklərin yaranma riski daha çox olur.

- Rəfinə olunmuş şəkər qanda şəkərin miqdarını artırır. Bu maddə beyinə qədər gedib çıxır. Beyindəki şəkər miqdarı artdıqca protein azalır. Bu da sinirlərə mənfi təsir göstərir. Şəkər insanda öyrənmə qabiliyyətini aşağı salır. (publika.az)

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031