Texnologİya

“3D” printerlə “Lamborghini Aventador” avtomobili çap edilib

“3D” printerlə “Lamborghini Aventador” avtomobili çap edilib
Avstraliya fiziki Sterlinq Bekus və onun oğlu İtaliyanın "Lamborghini Aventador” şirkətinin avtomobilini üçölçülü printerlə çap ediblər.
Yeniavaz.com "ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, onlar gün ərzində 1 saat çalışmaqla bu işin görülməsinə 18 ay sərf ediblər. Layihəyə isə ümumilikdə 20 min dollar xərclənib.
Bildirilir ki, avtomobilin bütün detalları "3D” printer vasitəsilə çap edilməyib. Belə ki, yan güzgülərin şüşələri, sükan çarxı və ötürücülər orijinal "Lamborghini Aventador” versiyasından götürülüb.
Bundan başqa, avtomobilin kapotu altında 6,5 litrlik mühərrik əvəzinə, həcmi 5,7 litr təşkil edən "Chevrolet Corvette” motoru quraşdırılıb.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30