39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi ilə dördmərtəbəli binada yaşayır - FOTOLAR

39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi ilə dördmərtəbəli binada yaşayır - FOTOLAR
 Hindistanın Mizoram əyalətindəki Baktavnq kəndində yaşayan Ziona Chananın tam 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var.
 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ziona, 181 nəfərlik böyük ailəsi ilə 4 mərtəbəli və 100 otaqlı binada eyni dam altında yaşayır.
 
Ailəsinin bütün kişi üzvlərinin dülgərliklə məşğul olduğunu söyləyən ata "Bir dəfə belə hökumətdən maddi yardım almadıq” deyərək öyünür. Bir gün bütün dünyanı Hz. İsa ilə birlikdə idarə edəcəklərinə inanan və təxminən 4 min üzvü olan "Chana” adlı ailə məzhəbinin də lideri olan Ziona, "Babam tərəfindən qurulan öz məzhəbimizin varisiyəm. İnancımıza görə, istədiyimiz qədər qadınla evlənə bilərik. Atamın da 7 həyat yoldaşı vardı” deyir.
 







 
İlk evliliyini 17 yaşında edən Ziona bir il içində 10 dəfə evlənib. Ən son evliliyini keçən il edən Zionanın evində xüsusi bir otağı var. Gecəni sırayla arvadları ilə keçirir. O gecə Ziona ilə eyni yatağı paylaşmayan digər arvadlar isə yataqxana kimi otaqda bir yerdə yatır. Evdə adi bir qazanda 30 toyuq , 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur. Ev işlərinə liderliyi Chananın ilk və ən yaşlı arvadı 69 yaşlı Zathiangi edir.
Evin ətrafında dülgər atelyeləri ilə yanaşı axırlar, hin, çəltik tarlası, tərəvəz bağçaları var.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimli barədə: "Tiktokerdir, kompüteri qarşısına qoyub insanlara..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...