Hadİsə

31 yaşlı Zaqatala sakini özünü asdı

31 yaşlı Zaqatala sakini özünü asdı
Zaqatala sakini intihar edib. Hadisə bugün səhər saatlarında rayonun Qandax kəndində qeydə alınıb.

Sfera.az bildirir ki, kənd sakini, 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. (Report)

XƏBƏR LENTİ