“3 yaşa qədər uşaqların müavinət məsələsinə yenidən baxılacaq”

“3 yaşa qədər uşaqların müavinət məsələsinə yenidən baxılacaq”

"Möhtərəm prezidentimiz uşaqların müavinətinin artırılması ilə bağlı müvafiq qurumlara tapşırıq verib. Belə ki,  0 yaşdan 3 yaşa qədər uşaqların müavinət məsələlərinə yenidən baxılacaq”

Sfera.az xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Milli Məclisdə deyib. O bildirib ki, həmçinin uşaqlarla bağlı digər məsələlərə də də baxıla bilər.

H. Rəcəbli  qeyd edib ki, prezident 2019-cu ili sosial təminat məsələlərində görüləsi işlərlə bağlı önəmli il adlandırıb:

 

"Son iki ay ərzində köklü əsaslı inqilabı addımlar atıldı. Bunların hamısı Azərbaycan əhalisinin rifahının yaxşılaşmasına xidmət edir. Bu proseslər davam edir”.




OXŞAR XƏBƏRLƏR