3 uşaq atası ağacdan yıxılıb öldü

3 uşaq atası  ağacdan yıxılıb öldü
 Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb.

Sfera.az-ın  məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Mazıx kəndində baş verib.

Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Osmanov fərdi təsərrüfatda günəmuzd işçi kimi xurma yığarkən ağacdan yıxılıb.

Yaralı ev sahibi tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, N.Osmanov 3 azyaşlı uşaq atasıdır.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR