Humanitar Sosial İqtisad Kollecində «Əliyeva bacıları»nın birgə «əməliyyatı»

Humanitar Sosial İqtisad Kollecində «Əliyeva bacıları»nın birgə «əməliyyatı»

Direktor Rüxsarə Əliyevanın tələbələrdən pul alınması işini kordiorda gəzişən bacısına həvalə etdiyi deyilir 

Bakıda fəaliyyət göstərən və adı bir müddət əvvəl qalmaqala qarışmış Humanitar Sosial İqtisad Kollecində qəribə 

vəziyyət yaşanır. JAM.AZ xəbər verir ki, kollecin direktoru Rüxsarə Əliyeva Təhsil Nazirliyindən buraya transfer

 olunduqdan sonra qaydalarla yanaşı, durum da dəyişib. 


Məlumatda deyilir ki, xanım Əliyeva təhsil naziri Mikayıl Cabbarovla yola getməsə də, hansısa sirrli əllər onu direktor 

postunda saxlayır. Həmin «sehirli əl» isə nəinki onu himayə edir, həm də bir sıra qanunsuzluqlara imza atmasını

 sığortalamaqla da məşğul olur. 


JAM.AZ-a daxil olan məlumata görə, nazirlə yola getmədiyinə görə mütəmadi olaraq rəhbəri olduğu kollecdə yoxlamalar

 aparılan Rüxsarə Əliyevə, bütün hallarda vəziyyətdən çıxır. Məsələn, Humanitar Sosial İqtisad Kollecində digərlərində

 olduğu kimi, imtahan sessiyası dövründə tələbələrdən pul yığılır, imtahanlarda tapşırıq adi hala çevrilib. 


İddia olunur ki, sözügedən şəxs tələbələrdən alınan pulları bacısının əliylə toplayır. Bacısı isə kollecin kordiorunda 

gəzməklə duruma nəzarət edir və alış-veriş işlərini reallaşdırır. Səhərdən axşama qədər əlində çanta ilə koridorda 

dolaşan sözügedən şəxsin Humanitar Sosial İqtisad Kollecdə işləməməsi isə bir ayrı mətləbdir. 


JAM.AZ-a verilən məlumatlarda o da vurğulanır ki, kollecin direktorunun digər qazancı müəllimlərdən aylıq almasıdır. 

Onlar hər ay Rüxsarə Əliyevanı «görmək»lə işlərinə davam edir və kimsəni saya salmırlar. 


Amma xanım Əliyevanın bir başqa gəlir yeri də var. İddia olunur ki, direktorun şəxsi maraqları təmin olunduğundan 

kollecdə adı gedən, lakin özü məktəbin yolunu belə tanımayan 10-dan artıq müəllim də mövcuddur. Mənbə bildirir: 

«Əslində, nazir Rüxsarə Əliyevanı bu yerə sürgün edib. Onun bir səhvini taparaq, işdən çıxarmaq üçün də marıqda 

dayanıb. Və bunun gec-tez baş verəcəyi isə istisna deyil». 


Mənbə daha sonra iddia edir ki, Humanitar Sosial İqtisad Kollecində qəbuldan tutmuş, imtahanda qiymətlərin yazılmasına 

qədər hər şey pulladır. «Təsəvvür edirn ki, direktor süpürgəçi Fazilə xanımın maaşını mənimsəyib. Rüxsarə Əliyevanın 

belə işləri çoxdur. Lakin ona qarşı hər hansı bir tədbir görülmür».


Qarşı tərəfi də dinləməyə hazırıq. 

OXŞAR XƏBƏRLƏR

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...