3 ilə 75 milyard dollar

3 ilə 75 milyard dollar

Video paylaşım platforması olan "Tik-Tok” 3 il ərzində 75 milyard dollar gəlir əldə edərək dünyanın ən dəyərli startapı ünvanını qazanıb.

"Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, təkcə qonşu ölkə Türkiyədə 28 kilyon istifadəçisi olan proqram 2019-cu ilin ilk yarısında 600 milyon dollar gəlir əldə edib.

Bu proqramın əxlaqi dəyərləri məhv etdiyini düşünənlər olsa da, dünyada kifayət qədər istifadəçisi var. 

15 saniyəlik video çəkmə imkanına malik "Tik-Tok”  18 yaşdan aşağı şəxslərin video çəkməsi üçün valideyn icazəsi istəyir, lakin praktikada bu tətbiq olunmur.

Qeyd edək ki, proqram istifadəçilərinin 66%-i 30 yaşından aşağı şəxslərdir.


OXŞAR XƏBƏRLƏR