3 futbolçusu bugünkü oyunu buraxacaq – "Qarabağ"dan açıqlama

3 futbolçusu bugünkü oyunu buraxacaq –
 

"Qarabağ"ın iki yeni legioneri – müdafiəçi Faysal Rerras və hücumçu Maqaye Qeye bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la matçda iştirak etməyəcəklər.

Bu haqda Qol.az-a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib:

 

"Hər iki oyunçu "Qarabağ"a qoşulana qədər iki ay ümumi hazırlıqda iştirak etməyiblər. Hazırda onlar xüsusi fiziki proqram əsasında fərdi qaydada Bakıda məşq edirlər və lazımi hazırlıq planından kənarda qalmamalarına görə bizimlə İrlandiyaya gətirilməyiblər. Faysal Rerras və Maqaye Qeye gələn həftədən ümumi hazırlığa qoşulacaq".

Klub rəsmisi həmçinin deyib ki, müdafiəçi Bədavi Hüseynovun zədəsi davam etdiyi üçün o da bu görüşü buraxacaq: "Bədavi də hazırda fərdi məşqlər edir".

Qeyd edək ki, "Dundalk" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


OXŞAR XƏBƏRLƏR