\"3 aydan bir gecə evə gəlirdi, oğlum dünyaya gəldi...\" - Könül Kərimova

\
Müğənni Könül Kərimova ailə qurduqdan sonra çətin keçən günlərindən danışıb.

BiG.AZ xəbər verir ki, gənc yaşlarında ailə həyatı quran sənətçi "ATV magazin onlarla" verilişində bildirib ki, ailə həyatı qurmağa çox həvəsli olub, səhnə adamı olmaq istəməyib:

"O vaxtlar ailə qurmağa çox həvəsli idik. Elə böyük həvəslə gözləyirdim ki, ailə həyatı quracağam. Qızıma, oğluma hərdən acığım tutur. Deyirəm ki, biz ərə getməkdən ötrü ölürdük, amma siz...(gülür). Arzu edirdim ki, tez ailə həyatı qurum, çoxlu uşaqlarım olsun. Ətrafımda olan hər kəs yaxşı bilirdi. Sənətim arxa planda idi. Anamda həmişə deyirdi ki, sən oxuyacaqsan. Amma səhnəyə meylli olmamışam. Mahnı oxumağa həvəsim olmayıb. İnanın ki, anam məni döyə-döyə bu səhnəyə gətirib. Bir il efirə çıxmadım. Dedim ki, evdə oturmaq istəyirəm. Bir ildən sonra böyük müsibətlə efirə qaytardılar ki, oxumalısan. Evləndiyimizidən qısa müddət sonra həyat yoldaşım Qarabağa müharibəyə getdi. Və mən məcbur oldum ki, toylara gedim oxuyum. Yoldaşım 3 aydan bir gecə ilə evə gəlib, elə gecə ilə də gedirdi. Oğlum dünyaya gəldi. Ondan sonra 6-7 il efirə çıxmadım oxumadım. Ancaq toylara gedirdim. Kirayə qalırdım, kirayə pulunu verə bilmirdim. Anamgilə qayıtdım, il yarım anamgildə qaldım. Toydan qazandığım pulla bir otaqlı ev ala bildim".

OXŞAR XƏBƏRLƏR