Cəmİyyət

3 ayda 4 minə yaxın cütlük boşanıb

3 ayda 4 minə yaxın cütlük boşanıb

2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 191 nikah və 3972 boşanma halları qeydə alınıb.

Unikal.org-un məlumatına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.

Ümumilikdə Azərbaycanda boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır.

Nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı isə çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir. 

Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib.

Məlumata görə, doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.

Qeyd edək ki, körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulmuşdur.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031