27 yaşında dünyanın ən gənc milyarderi

27 yaşında dünyanın ən gənc milyarderi
 27 yaşında olan irlandiyalı gənc sahibkar Jon Kollison,2011-ci ildə qurduğu internet ödəmə sistemi Strime ilə dünyada öz sərvətini yaradan ən gənc milyarder olub. 100 mindən artıq müştərisi olan şirkətin 2016-ci ildə dəyəri 9 milyard 200 milyon dollar olaraq qeydə alınıb.
 
Modern.az xəbər verir ki, "Forbes” jurnalının xəbərində Jon Kollison və şirkəti birlikdə qurduğu 29 yaşlı qardaşı, mobil mesajlaşma proqramı Snapchat-ın sahiblərindən Patrik Kollinsonun şəxsi sərvəti 1 milyard 300 milyon dollar olaraq bildirilib. Ən gənc milyarderlər sıralamasında Kollinsonu Snapchat-ın digər ortağı 27 yaşlı Evan Spiegel izləyir.
 
Jon Kollinson bir çox insan tərəfindən soruşulan "nə qədər pulunuz var” sualına "qəribə bir cavab verməyimi gözləyirlər. Amma belə bir cavabım yoxdur” deyə cavablandırıb.
 
İrlandiyanın cənubunda yerləşən 4 min nəfər əhalisi olan Tipperary adlı qəsəbədə böyüyən Kollison qardaşları  Limerick şəhərində bir dövlət məktəbində təhsil alıblar.

Uşaqlıqdan kompüter proqramçılığına maraq göstərən Jon və Patrik Kollinson universiteti ABŞ-da oxumaq arzusunda olublar.
 
Patrik Kollinson 2007-ci ildə dünyanın ən prestijli universitetlərindən olan Massaçusetts Universitetinin riyaziyyat bölümünə qəbul olunub. İki il sonra da Jon Kollinson Harvard Universitetinə qəbul olunub.
 
İki qardaş kiçik şirkətlərin eBay-da daha asan ticarətlə məşğul olmasına kömək edən Auctomatic adlı proqramlarını 2008-ci ildə 5 milyon dollara satıb.
 
Kollinson qardaşları Jon Kollinson Harvarda başladıqdan sonra Stripe şirkətinə diqqət ayırıblar. Bir müddət sonra isə hər iki qardaş universiteti yarıda qoyub.  
 
Bir çox rəqibi olmasına rəğmən Stripe qısa bir müddətdə böyüyərək, Tesla-nın sahibi Elon Musk və PayPall-ın qurucusu Peter Thieldən dəstək alıb.
 
Stripe-nin bugün dünyada 750 işçisi var. 
 
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...