26 məhkumun başını kəsdilər
11:24 / 16.01.2017
1035
Braziliyada həbsxanasında üsyan olub.
Ölkə.Az xəbər verir ki, üsyan nəticəsində 26 məhkum qətlə yetirilib. Alcaçuz həbsxanasında başlayan üsyan vaxtı 26 məhkumun başını kəsiblər. Müdaxilədən sonra üsyan 14 saatdan sonra yatırılıb.
Üsyan iki qruplaşma arasında baş verən davadan sonra ortaya çıxıb. Rəsmilərin verdiyi məlumata əsasən, ilkin versiyada 27 nəfərin öldüyü bildirilmişdi. Amma bəzi məhkumların bədəni parça-parça edildiyi üçün bir ölü dustaq iki dəfə sayılıb. Başı kəsilən iki məhkum isə yandırılıb.
Yeni ildən bu yana Braziliyada başlayan həbsxana üsyanlarında 100 nəfər həlak olub. Hökumət şimal əyalətlərindəki həbsxanalarda təhlükəsizliyi təmin etmək üçün ordu qüvvələrini səfərbər edib.